Şura təlimlərə başlayır

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi QHT nümayəndələri üçün təlimlərə başlayır. Şuradan SİA-ya verilən məlumata görə, layihə təkliflərinin hazırlanması, ictimai problemlərin müəyyənləşdirilməsi və onların həllinə yeni yanaşmalar, layihənin monitorinqi və qiymətləndirilmə metodları, QHT-lərin mühasibat uçotunda yeni qaydaların tətbiqi və illik maliyyə hesabatlarının hazırlanması mövzularında keçiriləcək.

Təlimlərdə iştirak etmək istəyən QHT nümayəndələri Şura Katibliyinə müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə