Yavər Camalov səfirlə görüşdü

Yavər Camalov səfirlə görüşdü

Müdafiə sənayesi naziri Yavər Camalov Koreyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-Qyunu qəbul edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Y. Camalov ona iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Görüş zamanı hərbi-texniki əməkdaşlıq üzrə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfir Kim Çanq-Qyu səmimi qəbula görə minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə