Dekabrın 4-də Xəzər dənizindəki "Günəşli" yatağının 10-cu dərin özülündə baş vermiş yanğında həlak olan neftçilərin xatirəsi Almaniyada yaşayan soydaşlarımız tərəfindən anılıb. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, Almaniyanın paytaxtı Berlində fəaliyyət göstərən Azərbaycan Evi və digər diaspor təşkilatlarının təşəbbüsü ilə soydaşlarımız Azərbaycanın Almaniyadakı Səfirliyi qarşısına toplaşıb. Onlar səfirliyin binası qarşısına güllər düzüb, faciədə həlak olan neftçilərin xatirəsinə şam yandırıblar.
Soydaşlarımız faciə qurbanlarının ailələrinə başsağlığı verib, yaralılara tezliklə sağalmalarını arzu ediblər.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB