Amerikada səfərdə olan "Dağlıq Qarabağ Respublikasının" Xarici İşler Naziri Karen Mirzoyan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorliklə (James Warlik) görüşüb. SİA-nın verdiyi məlumata görə, görüşdə son zamanlar atəşkəsin tez tez pozulması və cəbhədə olan gərginlik, həmçinin həll yolları müzakirə olunub.
Bunu adi xəbər kimi tirajlayan ABŞ və Avropa Birliyi ölkələri yəqin ki, qanuni hakimiyyətlə separatçı qurumların fərqini bilmirlər, yaxud bunu görməzliyə vururlar. Məsələni başqa cür qoyaq, tutaq ki, bu və ya digər beynəlxalq təşkilat fəaliyyət sahəsinə görə, siyasi məsələlərə fikir vermir, işini yalnız özünə aid çərçivədə qurur. Bəs 23 ildir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yüzlərlə görüşlər keçirən, regiona çoxsaylı səfərlər edən, münaqişənin tarixinin öz tərcümeyi-halından yaxşı bilən həmsədr ölkələr və onların təmsilçiləri necə, beynəlxalq qanunlar onlar üçün heç nədir? Münaqişədə maraqlı olan tərəflərin hər biri, üstəlik münaqişəni həll etmək üçün qollarını çırmamış ATƏT-in Minsk qrupunun həmsədr ölkələri bilməmiş deyillər ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır və orada yaradılan istənilən qurum qeyri-qanunidir. Xüsusən də işğal edilmiş həmin ərazilərdə hərbi xunta, separatçı, bölücü, işğalçı, qondarma qurum yaradılıbsa dünya ölkələri bu qurumun təmsilçiləri ilə əlaqə qurmamalı, istənilən formatda görüş keçirməməlidirlər. Əgər belə bir görüş baş tutubsa, deməli həmin dövlətin rəsmisi beynəlxalq qanunları kobudcasına pozmuş olur.
Ceyms Uorlikin Karen Mirzoyanla görüşü isə arxadan vurulan xəyanətkar zərbədən başqa bir şey deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB