“Biz ondan əsl azərbaycanlı olmağı öyrəndik” AÇIQLAMA

“Heydər Əliyev Azərbaycan gənclər siyasətinin banisidir”
“Biz ondan əsl azərbaycanlı olmağı öyrəndik” AÇIQLAMA

"Bütövlükdə Azərbaycan gənclər siyasətini Heydər Əliyevsiz təsəvvür etmək mümkün deyil". Bu fikirləri SİA-ya açıqlamasında Nərimanov rayon Gənclər və İdman idarəsinin rəisi Nəcəf Novruzov deyib.

Nəcəf Novruzov bildirib ki, Ümummili Liderimiz 1993-cü ildə ölkə rəhbəri seçiləndən sonra dövlət gənclər siyasətinin formalaşması istiqamətidə əvəzolunmaz işlər görüb: "Dövlətin və cəmiyyətin sosial - iqtisadi, ictimai-siyasi və mədəni həyatında gənclərin iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan edib. Bu məqsədlə 1994-cü ildə gənclərin mərkəzi icra hakimiyyəti orqanı olan Gənclər və İdman Nazirliyinin yaradılması haqqında fərman imzalayıb.

1995-ci ildə isə Ümummili Liderimiz Azərbaycan gənclərinin forumlarının keçirilməsi təklifini verib. 2 fevral 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. Forumda Azərbaycan Respublikasının Prezidenti şəxsən iştirak edib. 1 fevral 1997-ci il tarixdə forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev 2 fevral tarixinin Azərbaycan gəncləri günü kimi qeyd edilməsi haqqında sərəncam imzalayıb. Həmin tarixdən 2 fevral ölkəmizdə geniş miqyasda gənclər günü kimi qeyd edilir.

Ümummilli liderimiz 2 mart 1999-cu ildə gənclərin ikinci forumunda iştirak edib və həmin ilidə dövlət gənclər siyasəti haqqında qanunun təsdiq edilməsi barədə sərəncam imzalayıb. Və bununlada dövlət orqanlarına gənclərin problemlərinin həllinə təkan verib".

"Ulu Öndər Heydər Əliyev ölkə gənclərinin idmanla məşğul olmalarını da vacib hesab edib. O, eyni zamanda idmançılarımızın beynəlxalq yarışlarda iştirakına, onların dövlət qayğısı ilə əhatə olunmasına böyük diqqət ayırıb. 1995-ci ilin mart ayının 5-də Ulu Öndər Bakı İdman Sarayında Dünya və Avropa çempionatlarının qaliblərini, həmçinin ölkənin nüfuzlu idman ictimaiyyəti ilə görüşərək onların problemlərini dinləyərək həmin görüşdən sonra İdman Fondu təsis edərək bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlin qoyub. O gündən etibarən idmanımızın uğurlu inkişafı danılmazdır. 2005-ci ildə gənclərin və idmançılarımızın yaxın dostu, Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyev 5 mart tarixinin "Bədən tərbiyəsi və idman günü kimi qeyd edilməsi" haqqında sərəncam imzalayıb və hər il bu gün ölkədə idman bayramı kimi keçirilir. 1996-cı ildə ölkəmizdə olimpiya hərakatının təmin edilməsi və yeni olimpiya komplekslərinin tikilməsi və müstəqil ölkə kimi olimpiya oyunlarında iştirakımız idmanımıza böyük uğur gətirib".

"Ümümmili Liderimiz gənclərin və idman ictimaiyyətinin himayədarı və qayğıkeşi idi. Allahdan Ulu Öndərimizə rəhmət diləyir və ona söz veririk ki, onun qurub yaratdığı müstəqil Azərbaycan Respublikasının inkişaf etdirilməsi, həmçinin gənclər və idman siyasətinin həyata keçirilməsi istiqamətində əlimizdən gələn nə varsa edəcəyik. Arzu edirəm ki, Ümümmili Liderimizin anadan olmasının 93-cü ildönümünü Şuşada, Xankəndində keçirdək".

"Biz gənclər ondan vətəni sevməyi, ədalətliliyi, təəsübkeşliyi, insanlara qarşı necə diqqətli olmağı və ən əsas necə əsl azərbaycanlı olmağı öyrəndik".

Bütün xəbərlər Facebook səhifəmizdə