Yevlaxın Səmədabad kəndindəki körpünü sel uçurub. Bu səbəbdən də kənd sakinlərinin digər yaşayış məntəqələrinə gediş-gəlişində xeyli çətinlik yaranib. Hadisə rayon ərazisində istismar müddətini başa vurmuş körpüləri gündəmə gətirib. Görüntülər Yevlaxın Səmədabad kəndini digər kəndlərlə birləşdirən yoldandır. Son günlər güclü yağış səbəbindən İnci çayında suyun səviyyəsi qalxıb və körpülərdən biri uçub.
Yolun üzərindəki 2-ci körpü isə qəzalı vəziyyətə düşüb.
Rayonun Ərəbbəsrə kəndində yerləşən və Əlican çayı üzərindəki körpü də aşınmaya məruz qalıb. Qoruyucu səddlər və dəmir çəpərlər də yoxdur.
İcra Hakimiyyətindən bildirilib ki, yol qovşaqlarında və su kollektorlarının üzərində 35 körpü var. Onların da əksəriyyəti ötən əsrin 50-ci illərində tikilib və istismar müddətini başa vurub. Yaxın gələcəkdə onların təmir olunması nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB