Yağmurlu hava şəraiti ilə əlaqədar
Sürət həddi aşağı salındı

Yağmurlu hava şəraiti ilə əlaqədar Bakıda iki avtomobil yolunda sürət həddi aşağı salınıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib ki, hava şəraiti ilə əlaqədar olaraq Böyükşor-Hava limanı istiqamətində avtomobil yolunda sürət həddi iki zolaqda 120 kilometr/saatdan 100 kilometr/saata, bir zolaqda 100 kilometr/saatdan 80 kilometr/saata, axırıncı zolaqda isə 80 kilometr/saatdan 60 kilometr/saata endirilib. Eyni zamanda, Zığ dairəsi - Hava limanı avtomobil yolunda isə sürət birinci zolaqda 120 kilometr/saatdan 100 kilometr/saata, ikinci zolaqda 100 kilometr/saatdan 80 kilometr/saata, üçüncü zolaqda isə 80 kilometr/saatdan 60 kilometr/saata qədər azaldılıb.

Qeyd edək ki, hava şəraiti normallaşan kimi sürət həddi yenidən bərpa olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə