Malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək istehlakçıların hüquqlarından biridir. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən Sİa-ya verilən xəbərə görə, bu baxımdan çəki ilə və ya qablaşdırılmış qənnadı məmulatları (konfet, karamel, peçenye, vafli, keks, tort, pirojna və s.) alarkən istehlakçı hüququnuzun qorunması üçün aşağıdakılara əməl etməyi unutmayın:
- çəki ilə satışda olan qənnadı məmulatlarının adı, qiyməti, istehsalçısının adı və ünvanı, malın əsas xüsusiyyətləri və istehlak xassələri, istehsal və yararlılıq müddəti barədə məlumatları, habelə aldığınız malın görə biləcəyiniz şəkildə çəkilməsini və qablaşdırılmasını satıcıdan tələb etməyi;
- qablaşdırılmış formada satışda olan qənnadı məmulatlarının isə etiketində yuxarıda qeyd edilmiş məlumatların göstərilməsinə diqqət yetirməyi.
Əlavə məlumat əldə etmək üçün Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərsiniz (əlaqə telefonları: 498-15-01 və 498-15-04).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB