YAP-ın qadın üzvləri neftçiləri ziyarət edib

YAP-ın qadın üzvləri neftçiləri ziyarət edib

Bu gün Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının nümayəndələri dekabrın 4-də "Günəşli" yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəzada xəsarət almış və hazırda Mərkəzi Neftçilər xəstəxanasında müalicəsi davam etdirilən neftçilərə baş çəkiblər.

SİA-nın verdiyi xəbərə görə, xəsarət almış neftçiləri ziyarət edənlər arasında YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva də daxil olmaqla İdarə heyətinin üzvləri , partiyanın rayon təşkilatlarının və qadınlar şurasının sədrləri, millət vəkilləri və partiyanın digər fəal qadın üzvləri olublar. YAP Qadınlar Şurasının nümayəndələri təbii fəlakət nəticəsində baş vermiş qəza ilə bağlı xəsarət almış neftçilərin qəhrəmanlıqlarını yüksək qiymətləndiriblər. Onların Azərbaycan şərəfli peşə sahibləri olduqları vurğulanıb. Dövlətimizin hər zaman öz vətəndaşının yanında olduğu qeyd olunub:

"Yeni Azərbaycan Partiyasının rəhbərliyi, başda ölkə başçımız, partiyamızın sədri cənab İlham Əliyev olmaqla qəzada zərər çəkmiş neftçilərə hərtərəfli dəstəyini bundan sonra da əsirgəməyəcək. Bədbəxt hadisə zamanı həlak olan neftçilərimizə Allahdan rəhmət, ailələrinə başsağlığı diləyərək belə ağrılı-acılı günlərdə yanlarında olduğumuzu bildiririk. İtkin düşmüş neftçilərimizin tezliklə tapılmasını, xəsarət almışların isə öz sağlığına qovuşmasını arzu edirik".

Sonda müalicə alan neftçilərə həddiyələr təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə