Valideynlər bununla bağlı məlumatlandırılmalıdır Açıqlama

Valideynlər bununla bağlı məlumatlandırılmalıdır Açıqlama

"Bu maddənin müsbət rolunu nəzərə alaraq bunu təqdirə layiq bir hal kimi qiymətləndiririk". Bu sözləri SİA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev deyib.

O, bir ay ərzində dərsin 7 gününü buraxan şagirdlərin valideynlərinin 100 manat dəyərində cərimə ödəməsi ilə bağlı yeni qərarı şərh edib.

O bildirib ki, məktəbli şagirdlər üçün təklif olunan və qəbul olunan bu qanunun İnzibati Xətalar Məcəlləsinin 52-ci maddəsinə əlavə edilməsi nəzərdə tutulub: "Bu maddə uşaqların təlim və tərbiyə vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi ilə bağlı maddəyə əlavədir. Maddəyə əsasən ümumi icbari təhsilin dərs gününü bir ay ərzində 7 dəfədən çox buraxan şagirdlərin valideynləri qanuna müvafiq olaraq məsuliyyətə cəlb olunması nəzərdə tutulub".

Pərviz Əliyev bu qanunla bağlı təklifin Milli Məclis tərəfindən irəli sürüldüyünü vurğulayaraq maddələrin mahiyyətinin biri-birinə çox yaxın olduğunu deyib: "Bununla uşaqların təlim-tərbiyə işlərinə mümkün qədər nəzarət həyata keçirilə bilər. Küçədə təhsildən yayınan, əməyə cəlb olunan baxımsız uşaqlar aşkarlanır. Belə bir qanunun qəbul olunması bu kimi problemlərin aradan qaldırılmasına yönəlmiş vasitədir. Hətta bu maddə ilə bağlı kifayət qədər təbliğatın aparılması da bu problemlərin həll olunmasında mühüm rol oynayacaq.

Ümumilikdə maddəyə edilən təkliflərin böyük əksəriyyəti komitə tərəfindən irəli sürülüb. Bu maddənin müsbət rolunu nəzərə alaraq bunu təqdirə layiq bir hal kimi qiymətləndiririk".

Bütün xəbərlər Facebook səhifəmizdə