Yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı FOTOLAR

Yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı FOTOLAR

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Qaradağ rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Qaradağ rayonun orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş "Əbədiyaşar Liderimiz" mövzusunda inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. idarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə Baş İdarənin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov, Qaradağ rayon İcra Hakimiyyətinin rəsmisi Firudin Hüseynov, Qaradağ rayon Gİİ-nin rəisi Elçin Abbasov iştirak ediblər.

Tədbirdə iştirak edən məktəblilərə Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin yaradılmasında, milli-siyasi suverenliyin qorunub saxlanılmasında, sürətli iqtisadi inkişafa nail olunmasında, milli-mədəni irsin mühafizəsində misilsiz xidmətlərindən danışılıb.

Sonda " Heydər Əliyev və Müstəqil Azərbaycan " mövzusunda keçirilən inşa yazı müsabiqəsində I, II, III və 7 nəfər fərqlənmiş şagirdlər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olundular. Nəticələrə görə I yerə Məhərrəmli Əzizə (166 saylı orta məktəb), II yerə Eynullayeva Gültəkin ( 233 saylı orta məktəb), III yerə isə Mirzəzadə Nuranə ( 139 saylı orta məktəb) layiq görülüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə