Ermənistan Milli Təhlükəsizlik Nazirliyi (MTN) Armavir vilayətinin sakini, ehtiyatda olan 38 yaşlı mayor Qarik Xaçikoviç Marutunyanı həbs edib.
SİA-nın məlumatına, o, uzun müddət Azərbaycan xüsusi xidmət orqanlarına işləməkdə ittiham olunur.
Ermənistan MTN-nin məlumatında qeyd olunur ki, ehtiyatda olan Qarik Xaçikoviç Marutunyan müxtəlif hərbi hissələrdə kəşfiyyat rəisi vəzifəsində olduğu zaman sosial şəbəkələr vasitəsilə Türkiyədə fəaliyyət göstərən Azərbaycan xüsusi xidmət orqanları ilə əlaqə yaradıb və pul qarşılığında dövlət sirləri də daxil olmaqla önəmli məlumatları qarşı tərəfə ötürürmüş.
Qaqik Marutunyana dövlətə xəyanətə maddəsi ilə cinayət işi açılıb.
Qeyd edək ki, hazırda araşdırma davam edir.
azvision.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB