Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov dekabrın 17-də saat 10:00-da Xidmətin Mərkəzi Aparatının inzibati binasında Laçın, Zəngilan, Cəbrayıl, Şuşa, Kəlbəcər və Xocalı rayonlarının sakinlərini qəbul edəcək. SİA-nın xəbərinə görə, qurumdan bildiriblər ki, qəbula yazılmaq istəyən vətəndaşların dekabrın 16-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatına müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB