"Neftçilərin axtarışları dayandırılmayıb"

"Neftçilərin axtarışları dayandırılmayıb"

"Bu gün səhər saatlarından hava şəraitinin pis olmasına baxmayaraq, Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus, o cümlədən SOCAR tərəfindən AZAL-dan götürülən helikopterlərlə axtarışlar davam etdirilib". SİA-nın xəbərinə görə, bunu SOCAR-ın "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, sualtı axtarış işləri müvəqqəti olaraq dayandırılıb: "Hər-hansı məlumat daxil olsa, gəmilər sahəyə yaxınlaşacaqlar. Yanğın hələ də söndürülməyib, lakin bu istiqamətdə görülən tədbirlər davam etdirilir. Hazırda yanğının söndürülməsi ilə 5 gəmi məşğuldur. Hava şəraitinin pisləşməsi ilə əlaqədar yanğının söndürülməsini yekunlaşdıra bilməmişik. Yanğının miqyasında artım yoxdur.

Qeyd edeək ki, SOCAR-ın "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 23 nəfərin, o cümlədən itkin düşən "Neft Daşları"nın 3 əməkdaşının axtarışları davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə