"İndi mətbuatda hamı "Günəşli" yatağında itkin düşənlərdən yazır. "Neft Daşları"ndakı qəzada itkin düşən işçilərin yaxınları da elə bilir ki, onları axtarmırlar, amma axtarışlar dayanmadan davam edir. Xahiş edirik, onların ad soyad və ata adlarını da itkin düşənlərin siyahısında göstərin". Bunu açıqlamasında SOCAR Nəqliyyat İdarəsi Texniki İstehsalat Şöbəsindən bildirilib .
O deyib ki, dekabrın 4-də "Neft Daşları" NQÇİ-nin 501 nömrəli özülündə güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə atıb: "Hadisə baş verərkən buxar aqreqatının maşinisti 01.07.1971-ci il təvəllüdlü Cavad Xudaverdi oğlu Xudaverdiyev, səyyar aqreqatın motorçuları – 25.06.1961-ci il təvəllüdlü Bəhmən Nadir oğlu Cəfərov və 11.02.1974-cü il təvəllüdlü Rövşən Nadir oğlu Məmmədov köşkdə olublar".atv.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB