Qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb FOTOLAR
Dövlət Sərhəd Xidmətinin əməkdaşları qaçaqmalçılığın qarşısının alınması istiqamətində fəaliyyətlərini uğurla davam etdirirlər. Xidmətin mətbuat mərkəzindən SİA-ya verilən xəıbərə görə, sərhədçilərin sayıqlığı sayəsində külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Dekabr ayının 5-də Qusar rayonun Samur qəsəbəsi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində əldə olunmuş əməliyyat məlumatı əsasında həyata keçirilən axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasına gətirilməsi üçün dövlət sərhədində kolluq ərazidə gizlədilmiş 4 bağlamada 2050 qutu "Marlboro", 740 qutu "Richmond", 2010 qutu "Parlament" və 200 qutu "Kent" markalı siqaretlər aşkar edilərək götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB