"Günəşli"dəki yanğın ram edilib

Yanğının tam söndürülməsi işləri davam etdiriləcək
"Günəşli"dəki yanğın ram edilib

"Günəşli" yatağında baş verən yanğın müəyyən dərəcədə nəzarət altına alınıb. Bu barədə SOCAR-ın mətbuat katibi Nizaməddin Quliyev yanğınla bağlı son vəziyyəti açıqlayarkən deyib. "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov isə bildirib ki, sabaha olan hava proqnozuna uyğun olaraq yanğının söndürülməsi işləri davam etdiriləcək.

Onun sözlərinə görə, yüksək dalğalı şəraitdə işləməyə hesablanmış gəmilər yanğınsöndürmə işlərini davam etdirəcək: "Hava şəraiti imkan verməsə, yüngül gəmilər həmin ərazidən uzaqlaşdırıla bilər".

Baş mühəndis qeyd edib ki, hazırda 3 gəmi yüksək dalğalı hava şəraitində işləmək qabiliyyətinə malikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə