Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının iştirakı ilə Gəncə-2016 çərçivəsində "Sənin Könüllü Bələdçin" layihəsi həyata keçirilib.
SİA xəbər verir ki, Azərbaycan Gənclər Fondunun VII Qrant müsabiqəsinin qalibi olmuş "Sənin Könüllü Bələdçin" layihəsi könüllük mədəniyyətinin formalaşdırılması,ölkəmizin regionlarında könüllüyə marağın artırılmasına yönəlmiş təlimlərdən ibarətdir. Təlimlər Gəncə-2016 Avropa Gənclər Paytaxtı çərçivəsində təşkil olunacaq tədbirlərdə könüllü olacaq gənclərin peşəkarlığının artırılmasına,Gəncə şəhərinin tarixi və ölkəmiz haqqında biliklərinin möhkəmləndirilməsinə yönəlib. Təlim iştirakçısı olan gənclərə könüllük,bələdçilik,təqdimat bacarıqları,Gəncə şəhərinin tarixi yerləri haqqında ətraflı məlumat verilib. Təlimlərin yekunu olaraq gənclər özləri Gəncə şəhərinin turizm marşrutunu hazırlayıblar.
Layihənin sonunda iştirakçılara sertifikatlar verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB