Vətəndaşlar faizlərdən xilas olacaqlar Açıqlama

Vətəndaşlar faizlərdən xilas olacaqlar Açıqlama

"Vətəndaşlar əlavə faizlərdən azad olunacaq". Bu sözləri SİA-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramlı vahid bankomat sisteminin yaradılması ilə bağlı məlumat verərkən deyib.

Onun sözlərinə görə artıq bu məsələ ilə bağı müəyyən hazırlıq işləri görülür: "Artıq bankomatlar vahid şəbəkədən idarə olunacaq və hər bir müştəri ucqar kəndlərdə və rayonlarda yaşamasına baxmayaraq, bankomatlardan rahat şəkildə istifadə edə biləcək".

O bildirib ki, belə bir şəbəkənin yaradılması vətəndaşın yaxınlıqdakı bankomatlardan istifadəsinə də imkan verəcək: "Vətəndaş digər bir kəndə və ya rayon mərkəzinə getmək məcburiyyətində qalmayacaq. Daha asan və artıq vaxt sərf etmədən bankomatlardan istifadə edə biləcək".

Vüqar Bayramlı digər bir müsbət məqama da toxunaraq vahid bankomat sisteminin yaradılması ilə vətəndaşların əlavə faizlərdən azad olunacağını qeyd edib: "Başqa bir bankın bankomatından istifadə edərkən buna görə faizlər tətbiq olunurdu. Yeni sistemin tətbiqindən sonra vətəndaş əlavə xərclərdən və faizlərdən də xilas olacaq. Digər bankın bankomatından istifadə edərkən ondan bu əməliyyata görə hər hansı bir pay tutulmayacaq. Beləliklə vahid bankomat sisteminin tətbiqi ucqar kənd və rayonlarda yaşayan vətəndaşlarımız üçün problemləri aradan qaldıracaq. Həmçinin vətəndaşların daha rahat bir şəkildə bankomatlardan istifadə etməsinə şərait yaradacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə