Azərbaycanda kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə cərimələrin miqdarı artırılacaq. SİA-nın məlumatına görə, bu haqda Milli Məclisin bu gün keçirilən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı məlumat verilib. Bildirilib ki, qanun layihəsinə əsasən, kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə edən fiziki şəxslər 200 manatdan 300 manatadək, vəzifəli şəxslər 500 manatdan 700 manatadək, hüquqi şəxslər isə 2 000 manatdan 3 500 manatadək məbləğdə cərimə ediləcək.
Xatırladaq ki, hazırda belə hüquq pozuntularına yol verən fiziki şəxslər 20 manatdan 25 manatadək miqdarda, vəzifəli şəxslər 60 manatdan 80 manatadək miqdarda, hüquqi şəxslər 200 manatdan 250 manatadək miqdarda cərimə edilir.
Müzakirələrdən sonra layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB