Dəniz sahilinə gediş-gəlişi məhdudlaşdıranlar cərimələnəcək

Dəniz sahilinə gediş-gəlişi məhdudlaşdıranlar cərimələnəcək

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik müzakirəyə çıxarılıb. SİA-nın məlumatına görə, dəyişiklik barədə məlumat verən komitə sədri Əli Hüseynli bildirib ki, dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan həmin torpaq sahəsində dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə fiziki şəxslər 3000, vəzifəli şəxslər 7000 , hüquqi şəxslər isə 35 000 manat miqdarında cərimə olunacaq.

Eyni zamanda, xətaların il ərzində inzibati tənhbeh alan şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 5000, vəzifəli şəxslər 10 000 , hüquqi şəxslər isə 50 000 manat miqdarında cərimə olunacaq.

Qanun layihəsinə dəyişiklik müzakirə olunduqdan sonra parlamentin plenar iclasına tövsiyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə