“63 nəfərin hamısı siğortalı olublar” AÇIQLAMA

“63 nəfərin hamısı siğortalı olublar” AÇIQLAMA

"Əlilliyi müəyyənləşdirilmiş şəxslərə sosial müavinətlər müəyyən olunacaq". SİA-nın xəbərinə görə, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir bildirib ki, həm "Günəşli" yatağındakı 10 saylı platformada baş vermiş, həm də ondan bir qədər öncə Neft daşlarında baş vermiş faciə ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində iki təhqiqat qrupu yaradılıb: "Günəşli yatağındakı 10 saylı platformada baş vermiş təbii fəlakət nəticəsində bu və ya digər şəkildə zərər görmüş insanlar hamısı siğortalı olublar. Bunun üçün onları sığorta edən qurum tərəfindən sığorta haqları ödəniləcək. Əmək müfəttişliyi ilə birgə biz bu məsələni araşdırırıq. Həyatını itirmiş şəxslərə siğorta şirkəti tərəfindən birdəfəlik həyat siğortası ödəniləcəkdir. Bundan başqa cənab Prezidentin imzaladığı fərmanda da göstərildiyi kimi, dövlətimiz də həmin insanlara yardım edəcəkdir. Eyni zamanda SOCAR da öz işçilərinə maddi yardım nəzərdə tutub".

Bütün xəbərlər Facebook səhifəmizdə