Antonius Bruk: “Bəzi ölkələr miqrantlarla qeyri-insani davranır" AÇIQLAMA

Antonius Bruk: “Bəzi ölkələr miqrantlarla qeyri-insani davranır" AÇIQLAMA

"Əməkçi miqrantların hüquqları bəzi ölklərdə məhdudlaşdırılır". Bu fikirləri BMT-nin İnkişaf Proqramının Rezident nümayəndəsi Antonius Bruk BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin Bakıda keçirilən Büro iclasında deyib. BMT nümayəndəsi bildirib ki, əməkçi miqrantlar xarici ölkələrə gedib işləməklə həm ailələrinə yardım edir, həm də öz ölklərinə xeyir vermək istəyirlər: "Azərbaycan dövləti 90-cı illərdən böyük qaçqın problemi ilə üzləşib. Bu yöndə kifayət qədər uğurlu siyasət aparan Azərbaycan dünya ölkələrinə örnəkdir. Miqrasiya məsələləri insan hüquqları müstəvisində həll edilməlidir. BMT-nin 2015-ci ildən sonrakı "İnkişaf proqramı"nın gündəmində miqrasiya ilə bağlı bir çox məsələlər öz əksini tapıb. BMT Azərbaycanla bu sahədə əməkdaşlığa hazırdır".

Bəzi ölkələrin müharibə, fəlakət nəticəsində öz ölkəsini tərk edərək miqrant həyatı yaşamağa məcbur olmuş insanlarla qeyri-insani davrandığını deyən Antonius Bruk bunun qəbuledilməz olduğunu söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə