Firudin Nəbiyev: "Dünya miqrasiya prosesləri qarşısında acizdir" AÇIQLAMA

Firudin Nəbiyev: "Dünya miqrasiya prosesləri qarşısında acizdir" AÇIQLAMA

"Miqrasiya milli təhlükəsizliyə təsir edən əsas amillərdən biridir". SİA xəbər verir ki, bu fikirləri Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev BMT-nin Əməkçi Miqrantlar üzrə komitəsinin Bakıda keçirilən Büro iclasında deyib. Firudin Nəbiyev bildirib ki, Azərbaycan erməni təcavüzü zamanı qaçqın düşmüş insanlarına hərtərəfli qayğı göstərir: "Bu gün Avropanın üzləşdiyi durumla bizim ölkəmiz hələ 90-cı illərdə üzləşib və böyük təcrübəyə sahibdir. Hazırda da Azərbaycana gələn miqrantlar xeyli çoxdur. 2007-ci ildə 19 mart tarixində Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında ölkə başçısının verdiyi fərmanla bu sahənin tənzimlənməsi məsələləri qaydaya salınıb. Xidmət olaraq bir pəncərə sistemindən istifadə edirik. Qəbul olunmuş Miqrasiya Məcəlləsi bir çox prinsiplərinə görə dünyaya nümunədir".

Xidmət rəisinin sözlərinə görə, Azərbaycanda qanunsuz yaşayan əcnəbi vətəndaşlar arasında maarifləndirmə işi Dövlət Miqrasiya Xidmətinin öndə olan vəzifələrindən biridir: " Azərbaycanda 150 minə yaxın əcnəbi miqrant var. Onlardan 116 mini 111yaşadığı yer üzrə, 35 mini müvəqqəti qeydiyyatdadır. 10 mini iş icazəsinə görə ölkədədir. Qanunsuz yaşayan 5194 miqrant var. 42 min əcnəbi vətəndaş ölkədən çıxarılıb. Onlardan 3500 nəfərinə birdəfəlik ölkəyə giriş qadağası qoyulub".

Bütün xəbərlər Facebook səhifəmizdə