"Azərbaycan miqrasiya proseslərində dünyaya nümunədir" YENİLƏNİR

Fransisko Karrion Mena: "Miqrantlara miqrant olduğu üçün deyil, insan kimi münasibət göstərmək lazımdır"
"Azərbaycan miqrasiya proseslərində dünyaya nümunədir" YENİLƏNİR

"Ölkənizin əməkçi miqrantlara insani hüquqlar tərəfindən qayğısı təqdirəlayiqdir". SİA xəbər verir ki, bu fikirləri BMT-nin bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması üzrə Komitəsinin sədri Fransisko Karrion Mena deyib.

Komitə sədri bildirib ki, miqrasiya tarixi dünya prosesidir: "Miqrasiya ilə bağlı faciələr Aralıq dənizi və Sakit okean hövzəsində xüsusilə yaşanır. Başa düşmək lazımdır ki, miqrantlara miqrant olduğu üçün deyil, insan kimi münasibət göstərmək lazımdır. 35 ildir əməkçi miqrantlarla bağlı konvensiya imzalanıb. 48 ölkə qoşulub, amma BMT üzvlərinin sayına baxdıqda bu çox azdır. Bu 48 üzv ölkə inkişaf etməkdə olan ölkələrdir. Həmin ölkələr miqrant göndərən tranzit roluna malikdir. Çox istərdik ki, komitəmizə qoşulan üzvlər artsın və miqrasiya məsələlərinə daha çox diqqət olsun".

Azərbaycanın komitə tərkibində aktiv fəaliyyətinə toxunan cənab Menanın sözlərinə görə, artıq 2 hesabat təqdim etmiş Azərbaycan 3-cü hesabatı 2017-ci ildə təqdim edəcək: "Bu, bir ilk olacaq. Göründüyü kimi ölkəniz miqrasiya məsələlərinə böyük önəm verir. Nazir Səlim Müslümovla da bəzi məsləhətləşmələr apardıq. Əldə etdiyiniz təcrübə bir çox ölkələrə örnəkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə