“Onlar orda, biz burda yandıq” Neftçinin dostları

“Onlar orda, biz burda yandıq” Neftçinin dostları

Artıq bir neçə gündür ki, "Günəşli" yatağında baş verən dəhşətli hadisədən sonra xəstəxanaya yerləşdirilən neftçilərin qohumları, tanışları onları ziyarət etməyə gəlir. SİA-nın məlumatına görə, Əliyev Bəxtiyarı görməyə gələn yoldaşları xəbəri eşidən zaman nə edəcəklərini bilmədiklərini söyləyiblər: "Onlar orada, biz də gözləyən vaxt burada yandıq. Xəstəxanada olduğunu eşitdiyimiz zaman sevincimiz böyük oldu. Allah onu bizə və ailəsinə bağışlayıb. Nə deyə bilərik, bu böyük xoşbəxtlikdir".

Yanına gələn dostlarını bərk-bərk qucaqlayan Bəxtiyar Əliyev həmin anları xatırlamaq istəmədiyini dedi: "Bir də elə halları nə biz yaşamayaq, nə də bizim kimi başqa neftçilər. Sağ olsun, eşidən bütün dostlarım məni görməyə gəlir. Ümumiyyətlə, neftçilərin dostluğu çox möhkəm olur".

Bütün xəbərlər Facebook səhifəmizdə