Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Azərbaycan Turizm və Menecment Universitetində "Qafqaz Albaniyasını öyrənirik" layihəsi çərçivəsində dəyirmi masa təşkil edilib. Fonddan SİA-ya verilən məlumata görə, tədbirdə ali məktəbin professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Əvvəlcə Bilik Fondunun həyata keçirdiyi layihələrdən bəhs edən Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla iştirakçılara "Qafqaz Albaniyasını öyrənirik" layihəsi haqqında da geniş məlumat verib.
Dəyirmi masada AMEA-nın əməkdaşları – tarix elmləri doktoru Məhəbbət Paşayeva, tarix üzrə fəlsəfə doktorları Elnur Vəliyev və Ülviyyə Hacıyeva "Azərbaycan tarixində dinlər: xristianlığaqədərki dövr; xristianlıq; islam dini" mövzusunda mühazirə oxuyublar.
Azərbaycan multikulturalızminin ilkin laylarını auditoriyanın diqqətinə çatdıran mühazirıçilər dəyirmi masa iştirakçılarını apardıqları tədqiqatlarla tanış ediblər.
Mühazirəçilərin sözlərinə görə, Azərbaycan multikulturalizminin formalaşmasında dinin rolu danılmazdır və sosial hadisə olaraq din, tarixin təkamül prosesi boyunca Azərbaycan multikulturalizminin rəngarəng laylarında öz izini qoyub. Çoxçalarlı mədəniyyətə malik Azərbaycan multikulturalızmini öyrənmək, onun çoxlaylı təbəqələrini göstərmək Azərbaycan elminin və təhsilinin prioritet vəzifələrindən biridir.
Mühazirə tədbir iştirakçıları tərəfindən maraqla dinlənilib, alimlər çoxsaylı sualları cavablandırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB