Səttar Mehbalıyev qəzada xəsarət alan neftçilərə baş çəkib

Səttar Mehbalıyev qəzada xəsarət alan neftçilərə baş çəkib

Azərbaycan Həmkarlar İttifaqları Konfedarasiyasının rəhbəri, millət vəkili Səttar Mehbalıyev "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində xəsarət alanlara Mərkəzi Neftçilər Xəstəxanasında baş çəkib. SİA-ya Konfederasiyanın mətbuat xidmətindən verilən məlumata görə, S. Mehbalıyev xəstələrin səhhəti ilə maraqlanıb, həkimlərdən məlumat alıb.

Xəstələrə AHİK tərəfindən yardım göstəriləcəyini deyən Səttar Mehbalıyev bildirib ki, onlar əgər sanatoriyalarda dincəlmək istəsələr, biz onlara şərait yaradacağıq: "Zərərçəkənlərə və itkin düşənlərin ailələrinə maddi yardım da göstərəcəyik. Yəni, bütün imkanlarımızı səfərbər edib bu insanlara köməklik göstərəcəyik".

Məlumat üçün bildirək ki, bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, səhiyyə naziri Oqtay Şirəliyev, SOCAR rəhbərliyi də xəstələrə baş çəkib.

Bütün xəbərlər Facebook səhifəmizdə