QHT-lər Səfərbərlik Xidmətində aparılan uğurlu islahatları dəstəkləyir MÜRACİƏT

QHT-lər Səfərbərlik Xidmətində aparılan uğurlu islahatları dəstəkləyir MÜRACİƏT

Silahlı Qüvvələr hər bir ölkənin təhlükəsizliyininin təmin edilməsində mühüm yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu işləri müsbət nəticəsini vermişdir və hazırda ordumuz bütün göstəricilər üzrə regionun ən güclü ordusu statusunu qazanmışdır. Həmçinin hərbi sahə ilə bağlı digər qurumlarda da islahatlar aparılmış, bu sistem müasir dünya standartlarına uyğunlaşdırılmışdır. Son illər geniş miqyaslı islahatlar aparılmış qurumlardan biri də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2012-ci ilin 13 fevral tarixində yaradılmış SHXÇDX qısa müddətdə qarşıya qoyulmuş vəzifələri uğurla həyata keçirərək nümunəvi strukturlardan birinə çevrilmişdir. Xidmətin fəaliyyətində şəffaflıq təmin edilmiş, səfərbərlik və çağırış sistemi günün ən müasir tələblərinə uyğun qurulmuşdur. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi üçün "Vətənin müdafiəsinə hazıram" adlı bütün bölgələrdə silsilə tədbirlər keçirilir. Keçirilən tədbirlərdə şəhid ailələri, Qarabağ əlilləri və müharibə veteranları eləcə də, hərbi müəllimlər və nümunəvi şagirdlər mükafatlandırılır. Keçirilən tədbirlərdə KİV-ləri və QHT-lər aktiv iştirak edir. Gənclərin hərbi xidmətə hazırlanması və vətənpətlik ruhunda tərbiyə edilməsi üçün müxtəlif ixtisaslar üzrə kurslar təşkil edilir. Görülən işlərin cəmiyyətdə müsbət qarşılanması isə bəzi bədxah dairələri narahat etməkdədir. Bu dairələr digər qurumlardakı müsbət inkişafı qəbul etmədikləri kimi SHXÇDX-də də həyata keçirilən işlərə qara yaxmağa çalışır, cəmiyyətə yalan informasiya ötürməyə çalışırlar.

Qeyd etmək istəyirik ki, Azərbaycan cəmiyyəti belə bədxah, böhtançı insanların yalanını yaxşı anlayır. Azərbaycan vətəndaşları SHXÇDX-də aparılan islahatları, yüksək standartların tətbiqini daim müsbət qarşılamış, bütün bu işlərə rəhbərlik edən Ali Baş Komandan İlham Əliyevi daim dəstəkləmişlər. Bildiririk ki, son günlər bəzi elektron mətbuat vasitələrində "reket" jurnalistlərin müəyyən qaranlıq maraqları naminə SHXÇDX-nin nüfuzuna xələl gətirmək üçün böhtan dolu informasiya yaymalarını qınayır, bunu dövlətçiliyimizə və ordumuzun güclənməsinə, dövlət strukturlarının işinə iftira atmaq cəhdi kimi qiymətləndiririk. Biz hərbiyönümlü QHT-lər bu insanları çirkin niyyətlərindən əl çəkməyə, görülmüş işlərə hörmət etməyə və dövlətçiliyimizə sədaqətli olmağa çağırırıq.

Müraciəti imzalayanlar:

1. Azərbaycan Respublikası Silahlı Qüvvələri Ehtiyatda olan Zabitlər Konfederasiyası

2. Azərbaycan Respublikası Qarabağ Müharibəsi, Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyi

3. Azərbaycan Respublikası Əfqanıstan Veteranları İctimai Birliyi

4. Çernobl Əlilləri Cəmiyyəti; Azərbaycan Çernobl Əlilləri İttifaqı

5. Milli Qəhrəmanları Tanıtım İctimai Birliyi

6. "Əsgər Anaları" Şurası

7. Qarabağ Əlilləri və Veteranları Cəmiyyəti

8. Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu

9. Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi

10. "Əsgər Ailəsi" Cəmiyyəti

11. Azərbaycan Respublikası "20 Yanvar Cəmiyyəti"

12. Aztəminatlı Əlil, Veteran və Şəhid Ailələri İctimai Birliyi

13. Şəhid Ailələrinin Hüquqlarını Müdafiə İctimai Birliyi

14. Şəhid Ailələrinə Maddi və Mənəvi Yardım İctimai Birliyi

Bütün xəbərlər Facebook səhifəmizdə