Almaniyanın "Lufthansa" hava yolları şirkətinə məxsus təyyarədə insident yaşanıb. SİA "USnews" portalına istinadən xəbər verir ki, Frankfurt – Belqrad resyi ilə uçan təyyarədəki sərnişin anidən yerindən qalxaraq, hava laynerinin qapısını açmağa cəhd göstərib. Uğursuz cəhdlərdən sonra o pilot kabinəsinin qapısını sındırmağa çalışıb. Sərnişinlərin, eləcə də həmin təyyarədə olan Serbiyanın kişilərdən ibarət həndbolçularının müdaxiləsi nəticəsində qəzəbli sərnişini sakitləşdirmək mümkün olub.
Hadisədən sonra "Lufthansa"nın mətbuat katibi Andreas Bartels bildirib ki, təyyarə Belqrada uğurlu eniş edib, qəzəbli sərnişin isə yerli hökumət nümayəndələrinə təhvil verilib.
Serbiyanın "Bilc" nəşri isə yazır ki, həmin sərnişin ABŞ pasportu daşıyan iordaniyalıdır. Artıq onun barəsində hökm də çıxarılıb. Belə ki, Serbiyanın prokuroru ictimai təhlikəsizliyi pozduğuna görə ona 48 saat həbs cəzası kəsib. Sərnişinlər də deyirlər ki, qəzəbli sərnişin təyyarə havaya qalxdıqdan sonra qeyri-rasional davranışları ilə diqqət çəkməyə başlayıb.
Serbiyanın həndbol üzrə yğıma komandasının prezidenti Milan Cukiç isə bildirib ki, sərnişin zərərsizləşdirildikdən sonra o təyyarənin boç qalmış biznesklass hissəsinə aparılaraq, idmançıları tərəfindən nəzarətdə saxlanılıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB