Metroda növbəti stansiyanın anonsunu verən avtomatik səsin işləmə mexanizmində bəzi problemlər yaranıb. Bununla bağı olaraq sərnişinlər stansiyaların sırasını səhv salaraq bir öncəki və ya bir sonrakı stansiyada düşməli olublar.
Məsələ ilə bağlı SİA-ya danışan "Bakı Metropoliteni"nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev problemlə bağlı məlumatlı olmadığını lakin bu barədə araşdırma aparılacağını bildirib. O, problemin həll edilməsi ilə bağlı müvafiq addımlar atılacağını qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB