2015-ci il 10 oktyabr tarixində Avstriyanın paytaxtı Vyana şəhərində 9-cu "Dünya İnsanı" Mükafati təqdim olunub. SİA-nın verdiyi məlumata görə, tədbirdə Avstriya dövlətinin vəzifəli şəxsləri, "Flame of Peace" təşkilatının prezidenti, Avstriya Kraliçası Hertamargarete Habsburg Lotringen ve həyat yoldaşı Sandor Habsburg Lotringen, bir çox Beynəlxalq Təşkilatların sədrləri, Birləşmiş Millətlər Müxbirlər Birliyinin (UNCAV) prezidenti Abdalla Sharief, Avstriyadaki Azərbaycan Səfirliyinin nümayəndələri, Avtsriyada yaşayan Azərbaycanlı və digər xalqların nümayəndələri iştirak ediblər.
Daha sonra dəvət olunmuş qonaqlara söz verilib. Onlar bu gün dünyada baş verən hadisələrdən, sülhün, tolerantlılığın vacibliyindən danışıblar. Ardınca Dünya İnsanı Təşkilatının Prezidenti Mehmet Zeki Metin bu günün və mükafatın əhəmiyyətindən danışaraq Qadinlar və Kişilər üzrə Beynəlxalq Dünya İnsanı Mükafatını təqdim edib: "Xanim Yavər Məmmədovaya "Beynəlxalq Dünya İnsanı" Mükafatı təqdim olunur ona görə ki, onun düşüncələri, sözləri, əməlləri sayəsində Dünya İnsanı Təşkilatının idealı bir çox insan üçün yaşanmış bir reallıq oldu".
Qadınlar üzrə beynəlxalq mükafatı Azərbaycanlı tələbə Yavər Məmmədova qazanaraq təşkilatın tarixində bu mükafatı qazanan ilk Gənc olub. Ondan öncə bu mükafatı diplomatlar, beynəlxalq təşkilatların sədrləri, hüquqşunaslar, millət vəkilləri, professorlar, yazıçılar, bəstəkarlar, bələdiyyə sədrləri qazanıblar.
Beynəlxalq mükafata layiq görülən Azərbaycanlı tələbə Yavər Məmmədova çıxış edərək onu bu mükafata layiq görənlərə öz təşəkkürünü bildirib: "Biz azad və gözəl birgə yaşayışa təkcə insanlar üçün deyil, millətlər üçün də ehtiyac duyuruq. Mən bu təşkilatın üzvlərini alqışlayıram. İnsanlığın əsas məqsədi bir-birinə olan inamı yaratmaq və o inamı yenidən bərpa etmək olmalıdır".
Tədbir konsert proqramı ilə sona çatıb.
Xatırladaq ki, "Beynəlxalq Dünya İnsani Gün"ü "Beynəlxalq Dünya İnsanı" Təşkilatı tərəfindən irəli sürülmüş və dünyada artiq 11 ildir ki, 10 Oktyabr tarixində qeyd olunur. Təşkilatın məqsədi dünyada ayrıseçkiliyin qarşısını almaq, tolerantlılıq nümayiş etdirmək, müharibənin olmadığı gözəl bir dünyaya sahib olmaq uğrunda çalışmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB