Heydər Əsədov Zaqatalada vətəndaşları qəbul edib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, vətəndaşların müraciətləri əsasən, yardımların artırılması, sığortalanmanın tətbiq olunması, əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi, müasir tələblərə cavab verən yeni kənd təsərrüfatı maşın və avadanlıqların alınaraq lizinq yolu ilə fermerlərə satılması, kənd təsərrüfatı sahəsində ali və peşə yönümlü ixtisaslı kadrların təhsil alması və hazırlanmasında güzəştli təhsil sisteminin tətbiq olunması, fermer və sahibkarlara kənd təsərrüfatı sahəsində informasiya-məsləhət xidmətinin göstərilməsi, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kənd təsərrüfatına güzəştli kreditlərin verilməsi, bitki mühafizəsi tədbirlərinin dövlət nəzarətinə götürülərək tətbiq olunması, xırda toxumçuluq təsərrüfatlarının bazasında könüllü olaraq birləşmə yolu ilə iri toxumçuluq fəaliyyəti ilə məşğul olan assosiasiyanın yaradılması, kooperativlərin yaradılması, texnikaya ödənişinin vaxtının artırılması, yonca toxumuna olan tələbatın yaxşılaşdırılması, damazlıq heyvanların alınmasına köməklik göstərilməsi, subartezian quyularının qazılması və digər məsələlərlə bağlı olub.
H.Əsədov qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun araşdırılaraq qısa müddətdə həll edilməsi barədə müvafiq tapşırıqlar verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB