Artıq sərnişinlər dayanacaqda çox gözləməli olmayacaq Açıqlama

Artıq sərnişinlər dayanacaqda çox gözləməli olmayacaq Açıqlama

Bu qış avtobuslardakı izləmə avadanlıqlarının dayanacaqlardakı monitorlara inteqrasiya olunması gözlənilir. Bu barədə SİA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı məlumat verib.

Onun sözlərinə görə, bunun sayəsində avtobusların dayanacağa çatma vaxtı tam dəqiq şəkildə monitorlarda əks olunacaq: "Hazırda bu layihə üzərində müəyyən işlər aparılır. Proses hələ ki, tam olaraq sona çatmayıb. Aparılan işlərin qış aylarında, 2015-ci ilin sonunda və ya 2016-cı ilin əvvəllərində yekunlaşması gözlənilir. Proses yekunlaşdıqdan sonra monitorlardakı məlumatlar tam olaraq yenilənəcək".

Şəfa xanım qeyd edib ki, avtobuslarla monitorlar arasında inteqrasiya normal şəkildə işlədikdən sonra vətəndaşlar rahat şəkildə monitorlardan istifadə edə biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə