Gənclər üçün Təhsil Mərkəzinin Gəncə Regional Ofisi "5 Dekabr - Beynəlxalq Könüllülər Günü" münasibəti ilə Gəncə şəhərində "Könüllülük: uğura gedən yol" adlı tədbir təşkil edib. Mərkəzdən SİA-ya verilən xəbərə görə, Azərbaycan Dövlət Aqrar Universitetində təşkil edilən tədbirin əsas məqsədi region gənclərində könüllülük işlərinə həvəs oyatmaq, onları bu fəaliyyətlərə stimullaşdırmaq və Beynəlxalq Könüllülər Gününü qeyd etmək idi.
Universitetin Tələbə Gənclər Təşkilatı ilə əməkdaşlıq çərçivəsində təşkil edilən tədbiri giriş sözü ilə Gənclər üçün Təhsil Mərkəzinin Gəncə Regional Ofisi Aygün Həsənzadə açıb, Azərbaycanda könüllülüyün tarixi və mərhələli inkişafı barədə fikirlərini bölüşüb.
Daha sonra Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə Gənclər Təşkilatının sədri, rektor köməkçisi Turan Məmmədzadə, həmin Universitetin Azərbaycan tarixi, hüquq və fəlsəfə kafedrasının müdiri Azad Bayramov, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndələri Rəşad Əlizadə və Amil Qurbanov, Gəncə şəhər Məhsəti Mərkəzinin direktoru Zərifə Xasayeva, Samux rayon Karayeri qəsəbə Kitabxanasının direktoru Samirə Məmmədova çıxış edərək, könüllülük işinin əhəmiyyəti və bu işdə gənclərimizin fəallığı barədə tədbir iştirakçılarına məlumat veriblər.
Tədbirdə Gəncə şəhərindəki "ASAN Xidmət"də çalışan könüllülər və universitet tələbələri iştirak edib.
Qeyd edək ki, BMT Baş Assambleyası 1985-ci ildə hökumətlərə hər il iqtisadi və inkişaf naminə 5 dekabr tarixini Beynəlxalq Könüllülər Günü kimi qeyd etməyi təklif edib.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB