Nəqliyyatda yaranan problemlərlə bağlı tədbirlər görülür Açıqlama

Nəqliyyatda yaranan problemlərlə bağlı tədbirlər görülür Açıqlama

Paytaxt ərazisində yağmurlu hava şəraiti və güclü külək nəticəsində nəqliyyatda yaranan problemlərlə bağlı tədbirlər həyata keçirilir. Bu barədə SİA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı məlumat verib.

O bildirib ki, dünən paytaxt ərazisində yağmurlu hava şəraiti və güclü külək nəticəsində bir neçə işıqforun işləmə mexanizmində problem yaranıb. Belə ki, Baş Dövlət Yol Polis İdarəsinin Siqnal İdarəsinin balansında və NİİM-in nəzarəti altında olan bir neçə işıqfor yaranmış şəraitlə əlaqədar olaraq işləməyib.

Şəfa xanımın sözlərinə görə, işıqforların işinə güclü yağış nəticəsində elektrik enerjisində və kabellərdə yaranan problemlər təsir edib: "Hər iki qurumun mütəxəssisləri səhər saatlarında paytaxt ərazisində işləməyən işıqforların işini bərpa etmək üçün lazımı tədbirlər həyata keçiriblər. Bununla bağlı aparılan işlər hələ də davam etdirilir".

O qeyd edib ki, işıqforlar günün sonunadək normal şəkildə işləyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə