432 çoxmərtəbəli binaya qaz verilib

432 çoxmərtəbəli binaya qaz verilib

"Azəriqaz" İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. SİA-nın Dövlət Neft Şirkətinə istinadən verdiyi xəbərə görə, görülən işlərin nəticəsidir ki, birlik 2015-ci ilin yanvar-noyabr aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 432 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.

Qeyd edək ki, həmin binalarda ümumilikdə 8092 ailə yaşayır.

Ümumiyyətlə, "Azəriqaz" İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim edib, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə "mavi yanacaq"la təmin olunmasında maraqlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə