Zemfira Məhərrəmlinin kitablarının təqdimatı keçirilib

Zemfira Məhərrəmlinin kitablarının təqdimatı keçirilib

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Ombudsman Aparatının Mətbuat xidmətinin rəhbəri, yasıçı-publisist Zemfira Məhərrəmlinin müəllifi olduğu "Ömür bitər yol bitməz" və ""Oyuncaq" kitablarının təqdimat mərasimi keçirilib. SIA-nın verdiyi xəbərə görə tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, tanınmış yazıçı-publisistlər, jurnalistlər iştirak edib. Çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Zemfira xanımın tanınmış yazıçı-publisist və jurnalist kimi zəngin fəaliyyətindən söz açaraq ona gələcək işlərində uğurlar arzulayıb. Digər qonaqlar da Zemfira Məhərrəmlinin həm insani xüsusiyyətlərini, həm də zəngin yaradıc fəaliyyətini yüksək qiymətləndiriblər, eyni zamanda onun bir neçə gün sonra qeyd olunacaq 60 illik yubileyi münasibətilə də öncədən təbrik ediblər. Zemfira Məhərrəmli onun fəaliyyətini yüksək qiymətləndirərək bu mərasimi təşkil etdikləri üçün ilk növbədə Azərbaycan Mətbuat Şurasına və digər səbəbkarlara öz təşəkkürünü bildirib. Sonda Zemfir Məhərrəmlinin müəllifi olduğu kitablar mərasim iştirakçılarına təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə