Bu gün "ASAN Könüllüləri"nin ümumrespublika forumu keçirilir. SİA xəbər verir ki, forumun keçirilməsində əsas məqsəd "ASAN könüllüləri"nin I ümumrespublika forumunda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "ASAN könüllüləri" qarşısında müəyyən etdiyi bir sıra məqsəd və vəzifələrin icrasının, eyni zamanda təşkilatın illik fəaliyyətinin hesabat xarakterli təqdimatının edilməsidir.
Forumda Azərbaycan Respublikası Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Respublikasının Prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə dövlət agentliyinin sədri İnam Kərimov, millət vəkilləri, QHT nümayəndələri iştirak edir.
Azərbaycanda könüllülük institutunun nailiyyətləri və inkişaf prespektivləri, dövlət gənclər siyasəti və gənclər üçün mövcud imkanlar mövzusu ətrafında müzakirələr aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə