Estoniyadakı Azərbaycan diasporunun yüzə yaxın nümayəndəsi ANS Şirkətlərin Qrupunun prezidenti Vahid Mustafayevin ANS-in efirində Estoniyadakı Azərbaycan səfirliyi və diaspor nümayəndələri haqqında səsləndirdiyi fikirlərə etiraz olaraq SİA-ya məktub ünvanlayıblar. Məktubda qeyd edilir: "Azərbaycanın Estoniyadakı diasporunun nümayəndələri bu il 22 noyabrda, saat 21.00-da ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev tərəfindən ANS televiziya kanalında "Hesabat" verilişində Tallində keçirilən Beynəlxalq "Black Nigths" film festivalında "Qanlı Yanvar" filminin təqdimatı ilə əlaqədar verdiyi müsahibəsinə təəccüblənmişlər və böyük heyrətlərini bildirirlər.
Qeyd olunur ki, öz müsahibəsində V.Mustafayev, hansısa dedi-qodulara əsaslanaraq, Azərbaycan diasporu adından, diasporla səfirlik arasında guya hər hansı bir əlaqənin olmadığını iddia etmiş və aralarında "çox böyük uçurum var", "dəhşətli dərəcədə dava var" ifadələrini işlətmişdir. V.Mustafayev həmçinin qeyd etmişdir ki, Azərbaycanın Estoniyadakı səfirliyi Azərbaycana səfər edən diaspor nümayəndələrinə Azərbaycana viza verilməsində "çətinlik yaradır, camaatı incidir, rüşvət alır". Bizim adımızdan efirdən səsləndirilən böhtana kəskin etirazımızı bildiririk və qeyd edirik ki, səfirlik tərəfindən əksinə həmişə operativ şəkildə yalnız lazimi dəstək və yardım almışıq.
Daha sonra məktubda bildirilir ki, Estoniyada cəmi iki gün səfərdə olan V.Mustafayev həqiqətə uyğun olmayan məlumatları kimdən və yaxud kimlərdən əldə etmişdir?
Yuxarıdakılarla əlaqədar olaraq bəyan edirik ki, V.Mustafayevin bütün dedikləri həqiqətdən uzaqdır və diaspora ilə səfirlik arasında münasibətlərin reallığını əks etdirmir. Əksinə, diaspora ilə səfirlik daima sıx əməkdaşlıq edir, səfirlik tərəfindən keçirilən tədbirlərdə diaspor nümayəndələri fəal iştirak edir. Diaspora tərəfindən təşkil olunan tədbirlərə səfirlik tərəfindən daima dəstək göstərilir və iştirak təmin olunur. Keçirilmiş tədbirlər haqqında məlumat və həmin tədbirlərdə diasporun iştirakı dəfələrlə Azərbaycan və Estoniya mətbuatında işıqlandırılmışdır.
Fikrimizcə, Tallin şəhərində cəmi iki gün olmuş V.Mustafayev tərəfindən təhrif olunmuş məlumatın efirdən səsləndirilməsi qəbul edilməzdir. Səsləndirilən ifadələr tərəfimizdən diaspora və səfirlik arasında illərlə qurulmuş xoş münasibətlərə müdaxilə və bu münasibətlərə xələl gətirmək cəhdi kimi qiymətləndirilir. Habelə, V.Mustafayevin filminin nümayişinə ANS tərəfindən diasporaya guya pulsuz bilet paylanması ifadəsini təkzib edirik. Bildiririk ki, biletləri kassadan özümüz almışıq və səfirlikdən əldə etmişik.
Müraciət müəllifləri bildirirlər ki, Vahid Mustafayev tərəfindən ən qısa zamanda təkzib verilməsini gözləyirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB