Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib. SİA-nın məlumatına görə, sözügedən dəyişiklik Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyində yer alıb.
İclasda məlumat verilib ki, İnzibati Xətalar Məcəlləsinə 51.1-1-ci maddə əlavə edilib. Əlavəyə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi оrta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə yüz manat miqdarında cərimə tətbiq ediləcək.
Dəyişiklik səsə qoyularaq qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB