Cinayət Məcəlləsində dəyişikliklər edildi

Cinayət Məcəlləsində dəyişikliklər edildi

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilib. SİA-nın məlumatına görə, parlamentin bu gün keçirilən plenar iclasında dəyişikliklər müzakirə olunub. Məlumat verilib ki, Cinayət Məcəlləsinə 168-1-ci maddə əlavə edilib.

Əlavəyə əsasən, İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşı tərəfindən aparılması iki min manatdan beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən dini təbliğat aparılması bir ildən iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu hərəkətlər təkrar olunduqda, yaxud qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Dəyişiklik səsə qoyularaq qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə