Polisə əlavə səlahiyyətlər verildi

Polisə əlavə səlahiyyətlər verildi

Parlamentin bu gün keçirilən plenar iclasında daha bir Qanunda dəyişiklik müzakirə olunub. SİA-nın məlumatına görə, bildirilib ki, dəyişiklik "Polis haqqında" Qanunda nəzərdə tutulub.

Qeyd olunub ki, Qanunun 26-cı maddəsinin IV hissəsinə 5-1-ci bənd əlavə edilib. Əlavəyə əsasən, terrorçuluq və ya dini ekstremizm, yaxud dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi ilə bağlı cinayətlərin qarşısı alındıqda polis tərəfindən fiziki qüvvə, xüsusi vasitələr və ya odlu silah tətbiq edilə bilər.

Dəyişiklik səsə qoyularaq qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə