“Dini etiqad azadlığı haqqında” Qanunda dəyişiklik edildi

“Dini etiqad azadlığı haqqında” Qanunda dəyişiklik edildi

"Dini etiqad azadlığı haqqında" Qanunda dəyişiklik edilib. SİA-nın məlumatına görə, dəyişiklik Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunub. Bildirilib ki, dəyişikliyə görə, İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşlarına İslam dininə aid ayin və mərasimlərin aparılması qadağandır. Həmçinin qeyd olunub ki, ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi də qadağan olunur. Dini bayraqlar yalnız ibadətgahların, dini mərkəz və idarələrin qapalı yerlərində yerləşdirilə bilər.

Qanunda edilmiş dəyişiklik səsə qoyularaq qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə