Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Qanunda dəyişikliklər edilib. SİA-nın məlumatına görə, Qanunun 18-ci maddəsinin birinci hissəsinə 3-1-ci və 3-2-ci bəndlər əlavə edilib. Əlavədə nəzərdə tutulur ki, Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi, dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan Respublikası vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi Azərbaycan vətəndaşlığının itirilməsi ilə nəticələnəcək.
Qanun layihəsinə edilmiş dəyişikliklər səsə qoyularaq qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB