"Dini ekstremizmə qarşı mübarizə haqqında" yeni qanun layihəsi qəbul olundu
V çağırış Milli Məclisin bu gün keçirilən plenar iclasında yeni qanun layihəsi müzakirə olunub. SİA-nın məlumatına görə, "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun layihəsi Azərbaycanda dini ekstremizmə qarşı mübarizənin hüquqi və təşkilati əsaslarını müəyyən edir, dini ekstremizm əleyhinə mübarizəni həyata keçirən dövlət orqanlarının və vətəndaşların hüquq və vəzifələrini təsbit edir. Qanun layihəsində dini ekstremizmə qarşı mübarizənin məqsədi, əsas prinsipləri, dini ekstremizm əleyhinə xüsusi əməliyyatların aparılması və digər müddəalar öz əksini tapıb. Bu Qanunun pozulmasına görə fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının Cinayət, İnzibati Xətalar və Mülki məcəllələri ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB