Zahid Oruc: "Yığılan nəzirlər Nardaran üçün hansı işlərə sərf edilib?"

Zahid Oruc: "Yığılan nəzirlər Nardaran üçün hansı işlərə sərf edilib?"

"Parlamentin hansısa güc strukturlarına, hüquq-mühafizə orqanlarına nəzarət etmək funskiyası yoxdur". SİA-nın məlumatına görə, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc deyib. O qeyd edib ki, Baş Prokurorluqda təhlükəsizlik orqanlarının fəaliyyətinə nəzarət edən qurum var: "Bu qurum görəsən indiyə qədər hansı fəaliyyətlə məşğul olub? O qurum görəsən zamanında MTN ətrafında baş verən hadisələri bilibmi? Ona nəzarət edibmi? Əslində bu qurumun bir fəaliyyəti də elə bundan ibarət olmalıdır. Ümumiyyətlə, bir çox nazirliklərin təhlükəsizlik, istintaq qurumları da var. Artıq zaman gəlib ki, həmin qurumlar ləğv edilsin".

Zahid oruc həmçinin bildirib ki, dini ekstremizmlə bağlı mübarizə aparmaq üçün dini ayinlər zamanı ianələrin ləğv edilməsi vacibdir: "Nardaranda aşura zamanı ianələr, nəzirlər yığılır. Yığılan vəsaitlər Nardaran üçün hansı işlərə sərf edilib? Əlbəttə edilməyib. Deməli həmin vəsaitdən silahlanmaya sərf edilə bilər. Belə halların qarşı alınması üçün yeni hazırlanan qanuna maddə əlavə etmək lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə