Torpaq sahələri üçün istifadə müddəti dəyişdirilir

Torpaq sahələri üçün istifadə müddəti dəyişdirilir

Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələri üçün istifadə müddəti dəyişdirilir. SİA-nın məlumatına görə, bununla bağlı Torpaq Məcəlləsinə dəyişiklik edilib. Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan dəyişikliyə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün istifadə hüququ 15 ildən 49 ilədək müəyyən oluna bilər.

Xatırladaq ki, hazırda torpaqdan müvəqqəti istifadə qısamüddətli və uzunmüddətli olur. Belə ki, qısamüddətli müvəqqəti istifadə 15 ilədək, uzunmüddətli müvəqqəti istifadə xüsusi mülkiyyətdə olan torpaqlar üçün 15 ildən 99 ilədək müəyyən olunur.

Dəyişiklik parlamentin plenar iclasına tövsiyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə