Hava şəraiti təmir işlərini təxirə saldı

Hava şəraiti təmir işlərini təxirə saldı

Magistral qaz kəmərləri sahələrində təmir işlərinin təxirə salınma səbəbləri açıqlanıb. SİA-nın Dövlət Neft Şirkətinə istinadən verdiyi xəbərə görə, "Qaz İxrac" İdarəsindən bildirilib ki, hava şəraitinin pisləşməsi ilə əlaqədar olaraq magistral qaz kəmərləri sahələrində 4 dekabr 2015-ci il tarixi üçün həyata keçirilməsi nəzərdə tutulan və qaz təchizatında dayanmalara səbəb ola biləcək işlər müvəqqəti olaraq təxirə salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə