Şimal-qərb bölgəsinə intensiv qar yağır

Şimal-qərb bölgəsinə intensiv qar yağır

Dekabrın 3-də günorta saatlarından başlayaraq Azərbaycanın şimal-qərb bölgəsinə intensiv qar yağır. Havanın temperaturu xeyli aşağı düşüb. Qarın intensivliyi Qax və Zaqatala rayonlarında daha çox müşahidə olunur. Dağətəyi kəndlərdə qarın qalınlığı getdikcə artır. Rayon mərkəzlərində də tədricən hər tərəf ağ örpəyə bürünür.

Yağan qar hələlik heç bir problem yaratmayıb. Avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkəti dayanmayıb.

Qarın yağması bu saatlarda da davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə